DİM Prezident təqaüdçüləri barədə statistikanı açıqlayıb

2019-09-10 12:36

Dövlət İmtahan Mərkəzi Prezident təqaüdçüləri haqqında ümumi statistik məlumatları açıqlayıb. Təqaüdə layiq görülən abituriyentlər respublikanın 27 müxtəlif şəhər və rayonlarını təmsil edirlər. Onların demək olar ki, yarısı regionlarda fəaliyyət göstərən məktəblərdən, o cümlədən 8 nəfər kənd məktəblərinin məzunlarıdır.

Vüsalə Camal