DİM peşə liseylərinin məzunlarına müraciət edib
2020-05-21 14:05
Dövlət İmtahan Mərkəzi 16 fevralda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edən şagirdlərə müraciət edib. Peşə liseylərinin məzunları attestata yazılacaq imtahan balları və yekun qiymətləri ilə tanış ola bilərlər. Buraxılış imtahanında iştirak edən və “Şagird-məzun” sistemində illik qiymətləri təsdiq edilən 3119 nəfər peşə liseyləri məzunlarının yekun qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən aparılıb.
Nərgiz Camal