DİM: Mayın 17-də magistraturaya imtahan vermiş bakalavrlar iyunun 14-də yenidən imtahan verə bilərlər
Dövlət İmtahan Mərkəzi bildirib ki, magistraturaya qəbul imtahanında iştirak edən bakalavrlar 14 iyun imtahanında da iştirak edə bilərlər.Mayın 17-də imtahan verənlər istəsələr, ödəniş etməklə yenidən imtahan verə biləcəklər. Əlverişsiz hava səbəbindən imtahana gecikən və buraxılış vərəqəsi olanlar üçün isə 14 iyun imtahanı ödənişsiz olacaq.DİM qeyd edib ki, ixtisas seçimi zamanı ən yüksək nəticə nəzərə alınacaq. Bəzi bakalavrlar imtahanda üçüncü dəfə iştirak edə biləcəklər.
18 may 2026

