DİM bazar günü keçiriləcək imtahanlarla bağlı bakalavrlara müraciət edib
Dövlət İmtahan Mərkəzi 11 fevralda magistraturaya qəbul imtahanı keçirəcək. 7 şəhər və rayonunda təşkil olunacaq imtahan saat 11-də başlayacaq. İmtahanın müddəti 3 saat 30 dəqiqədir. Dəyişikliklə əlaqədar imtahan nəticələri 2 mərhələdə elan olunacaq. İmtahanda iştirak etmək üçün 19725 bakalavr ərizə təqdim edib.
Fərid Mehdiyev