DİM bəzi imtahan və müsahibə elanlarını ləğv edib
Dövlət qulluğu üzrə daxili müsahibə elanı və dekabrın 4-nə təyin edilən fəaliyyətin davam etdirilməsi imtahanı ləğv edilib.Du barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.Qərarın yeni Dövlət Qulluğu Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədardır. Dekabrın 4-də imtahanda iştirak etməli olan namizədlərin ödədikləri vəsait şəxsi kabinetlərinə qaytarılacaq.Qeyd olunub ki, dekabrın 4-də və 13-də isə vəzifə növləri üzrə dövlət qulluğuna qəbul imtahanları keçiriləcək.Yeni qaydalara əsasən, test imtahanından uğurla keçən namizədlərə iki il müddətinə qüvvədə olan dövlət qulluğu sertifikatı veriləcək.
18 noyabr 2026

