DİM 16-17 apreldə imtahan verəcək abituriyentlərə müraciət edib
2021-04-07 18:08
Aprelin 16 və 17-də Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. Prosesdə iştirak edəcək şagirdlər dim.gov.az saytından imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Vüsalə camal