Dilənçiliklə məşğul olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib
2021-12-23 12:10
Gəncədə Nizami Rayon Polis İdarəsinin əməkdaşları tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib. Saxlanılan 40 nəfərin 31-i barəsində protokol tərtib edilib. Daha sonra həmin şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.
Vüsalə camal