Canlı
Didye Droqba karyerasını bitirəcəyi vaxtı açıqlayıb

2018-03-13 / 14:08

Kot-d'İvuar millisinin və “Çelsi” klubun sabiq üzvü Didye Droqba karyerasını bitirəcəyi vaxtı açıqlayıb. Futbolçu mövsümün sonunda futbolla vidalaşacağını bildirib. Droqbanın son klubu ABŞ-ın “Finiks Rayzinq” komandası olacaq. O, karyerası ərzində “Çelsi” və “Qalatasaray” kimi nəhəng klubların formasını geyinib.

Ruhəngiz Hacızadə