DGK müsadirə etdiyi 7.6 milyon manatlıq məhsulu hərbçilərin təminatına yönəldib
2020-01-09 14:09
Dövlət Gömrük Komitəsi müsadirə etdiyi 7.6 milyon manatlıq məhsulu Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə təhvil verib. Belə ki, gömrük orqanları tərəfindən ayrı-ayrı vaxtlarda hüquqpozma predmeti kimi götürülmüş qeyri-ərzaq məhsulları, müvafiq məhkəmə qərarlarının icrası məqsədilə müxtəlif adda dərman preparatları və tibbi ləvazimatlar hərbçilərin təminatına yönəldilib.
Vüsalə Camal