Daşkəsəndə qanunsuz ov silahları müsadirə edilib
Daşkəsəndə Çovdar kənd sakinləri Eytibar Abdullayev, Zabil Sadıqov və Coşqun Mikayılovdan “TOZ” markalı 16 kalibrli, Qabaqtəpə kənd sakini Elşən Qasımovdan isə 20 kalibrli, müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb. Keçiriln digər tədbirlər nəticəsində isə vətəndaşdan 8 ədəd əl qumbarası, 200 ədəd “pulemyot-Kalaşnikov” silahına məxsus 7.62 mm-lik patron, avtomat darağı və 365 ədəd “Kalaşnikov” avtomatına məxsus 7.62 mm-lik patron aşkar edilib. Bundan başqa rayon sakini Elfaq Abbasov babasından qalma 2 ədəd müvafiq sənədləri olmayan ov tüfənglərini polisə könüllü təhvil verib.