Daşkəsəndə polisin "saxla" əmrinə tabe olmayan sürücü piyadanı vurub
Daşkəsəndə narkotiklərin qanunsuz dövriyyəsində şühbəli bilinən sürücüsü polisin “saxla” işarəsinə tabe olmayıb. O, hadisə yerindən yayınan zaman piyada, 62 yaşlı Raqif Hüseynovu vurub. Sürücü Hüseyn Abbasov və avtomobildə olan sərnişin - əvvəllər məhkum olunmuş Kənan Məmmədov saxlanılıblar. İkincidən metamfetamin və marixuana götürülüb. Kənan Məmmədovda 125 qram heroin də aşkarlanıb. Araşdırmalar davam etdirilir.
Vüsalə Cənnətova