Daşkəsəndə partlayıcı vasitələr aşkarlanıb
2020-03-05 18:08
Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları Daşkəsən rayonu, mərkəzi stadionun yaxınlığında yerləşən məişət tullantıları ərazisində partlamamış silah-sursat tapıb. 3 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM partladıcısı zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Vüsalə Camal