Daşkəsəndə məktəbdə 20 min manatdan artıq pul mənimsənilib
Daşkəsən rayon Bayan kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb. Təhsil müəssisəsində 2020-2021 və 2023-2024-cü tədris illərində işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər yollarla 20 min manatdan artıq pul vəsaitinin mənimsənilməsinə şübhələr müəyyən edilib.
Vüsalə Cənnətova