Daşkəsəndə elektrik enerjisinin verilməsi bərpa olunub
Dünən axşam saatlarında Daşkəsən şəhərində qarın ağırlığından iri gövdəli ağacın budağı sınaraq yaxınlıqdan keçən elektrik xəttinin üzərinə düşüb. Nəticədə elektirik xətti sıradan çıxıb. Artıq şəhərin bir qismində elektrik enerjisinin verilməsində yaranmış problem həll edilib. Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun buz bağlaması isə nəqliyyatın hərəkətində çətinlik yaradıb və qismən tıxac yaranıb. Dövlət Yol Polisi Bölməsinin əməkdaşları və digər aidiyyatı qurumlar tərəfindən yolda rahat hərəkətin təmini üçün işlər aparılıb, yoldakı problem aradan qaldırılıb.