Daşkəsən ictimaiyyəti Türkiyədəki zəlzələ ilə bağlı humanitar yardıma qoşulub
Türkiyədə baş verən zəlzələdə çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq Daşkəsən ictimaiyyəti də dəstək nümayiş etdirir. Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Türkiyənin Gəncədəki baş konsulluğunda olaraq Baş konsul Recep Öztopa başsağlığı verib. İcra başçısı rayon ictimaiyyəti tərəfindən qardaş Türkiyədə təbii fəlakətdən zərər çəkən şəxslərə humanitar yardım toplanıldığını diqqətə çatdırıb.
Nərgiz Camalzadə