Dağıntılar altında qalan 4 azərbaycanlı tələbənin cəsədləri tapılıb
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 35 min 418 nəfərə çatıb, 105 min 505 nəfər isə yaralanıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. Zəlzələ nəticəsində həlak olan 508 uşağın şəxsiyyəti müəyyən edildikdən sonra ailələrinə təhvil verilib. Hazırda 1396 kimsəsiz uşaqdan 721-nin müalicəsi davam etdirilir. Dağıntılar altından sağ çıxarılan 282 uşağın isə şəxsiyyətini hələ də müəyyənləşdirmək mümkün olmayıb.
Malatyada dağıntılar altında qalan dörd azərbaycanlı tələbənin hamısının cəsədi də tapılıb. Meyitlərin üzərində tibbi ekspertiza aparılıb və onların Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə olduğu müəyyən edilib.
Fərid Mehdiyev