Daxili sabitliyin pozulduğu Ermənistanda hakimiyyətdən narazı qüvvələrin sayı artır

2020-11-16 18:06

Daxili sabitliyin pozulduğu Ermənistanda Dağlıq Qarabağda müharibədə itkin düşən hərbçilərin valideynləri və yaxınları Müdafiə Nazirliyinin binası qarşısına toplaşıb. Onlar yaxınlarının aqibəti barədə məlumat almaq istəyirlər. Binanın qarşısı polis tərəfindən əhatə alınıb, etirazçılar yaxın buraxılmır. Bu arada parlamentdə müharibə ilə bağlı millət vəkillərinin suallarını cavablandıran baş nazir Nikol Paşinyan hərbi əməliyyatlardakı uğursuzluğa görə istefa vermək niyyətində olmadığını, hazırda onun gündəliyində yalnız ölkədə sabitlik və təhlükəsizliyin təmin olunması məsələsinin dayandığını bildirib. Bildirək ki, Paşinyan, Xarici İşlər naziri Zöhrab Mnatsakanyanı, Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin Hərbi sənaye komitəsinin sədri Artak Davtyanı vəzifələrindən azad edib. Ermənistan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Karen Mirzoyan və Ətraf Mühit Nazirliyinin mətbuat katibi David Qriqoryan istefa verib. “Report” xəbər verir ki, bu barədə məlumat Ermənistan KİV-də yayılıb. Xatırladaq ki, bu gün Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan və ətraf mühit nazirinin müavini İrina Kaplanyan istefa verib.

Vüsalə Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik