Daxili Qoşunların yaranmasından 34 il ötür
Bu gün Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasından 34 il ötür. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə 12 mart – Daxili Qoşunlar Günü kimi təsis edilib.Qoşunların şəxsi heyəti illər ərzində ictimai asayişin qorunmasında, eləcə də Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında fəal iştirak edib. Hazırda Daxili Qoşunların hərbi qulluqçuları ölkədə sabitliyin qorunması və təhlükəsizliyin təmin edilməsi istiqamətində xidmətlərini davam etdirirlər.
12 mart 2026

