Daxili İşlər Nazirliyi yol hərəkəti iştirakçılarına müraciət edib
2020-11-10 13:06
Daxili İşlər Nazirliyi yol hərəkəti iştirakçılarına müraciət edib. "Gecə saatlarından başlayaraq vətəndaşlarımız küçələrə axışaraq bu möhtəşəm qələbəni coşqu və fərəh hissi ilə qeyd edir. Bütün yol hərəkəti iştirakçılarından qaydalara ciddi əməl etmələri, ictimai asayişin və ictimai təhlükəsizliyin pozulmasına səbəb ola biləcək hərəkətlərdən çəkinmələri xahiş edilir. "Nəqliyyat sahibləri yol hərəkəti qaydalarına riayət etməli, piyadalar isə onlar üçün müəyyən edilmiş yol keçidlərindən istifadə etməlidirlər", -deyə müraciətdə bildirilib.
Vüsalə Camal