Daxili İşlər Nazirliyi vətəndaşları karantin qaydalarına ciddi əməl etməyə çağırıb
2020-11-26 16:04
"Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxmuş şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur. Qanunvericiliyə uyğun olaraq bu şəxslər barəsində cinayət işi başlanılır". Daxili İşlər Nazirliyi vətəndaşları xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və digərlərinin sağlamlığına biganə qalmamağa çağırıb.
Vüsalə Camal