Daxili İşlər Nazirliyi 31 dekabrla bağlı xəbərdarlıq etdi
2020-12-18 16:08
Daxili İşlər Nazirliyi Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar vətəndaşlara müraciət ediub. COVID-19 infeksiyasının daha geniş yayılmasının qarşısının alınması məqsədilə kütləvi şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsi yolverilməzdir. Hər hansı belə fakt aşkarlanacağı təqdirdə təşkilatçılar və iştirakçılar qanunvericiliyə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar.
Vüsalə Camal