David Tonayan cinayət əməllərinə görə cavab verməlidir

2020-11-28 14:00

Prezidentin köməkçisi Hikmət Hacıyev, diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilat rəhbərləri və "Qarabağ" futbol komandası Tərtər rayonuna səfər ediblər. Nümayəndələr Tərtərdə Ermənistanın ağır bombardmanının nəticələri ilə yerində tanış olurlar. Hikmət Hacıyev bildirib ki, oktyabrın 3-ü və 4-də ATƏT xətti ilə Ermənistanın o zamankı müdafiə naziri David Tonayana müraciət olunub ki, Tərtər şəhərinin bombalanmasını dayandırın, orada mülki insanlar yaşayır. Amma o, dayandırmayıb. Əksinə, gün ərzində Tərtər şəhərinə 1 000 raket atılırdısa, gecə ilə raketlərin sayı 2 300-2 400-ə çatdırılıb. Onun sözlərinə görə, həmin müharibə cinayətkarı müdafiə naziri vəzifəsindən azad olunsa da, bu kimi cinayət əməllərinə görə cavab verməlidir. Həmçinin oktyabrın 29-da Tərtərə atılan “Smerç” raketinin fərdi evdən götürülərək yerli muzeyə təhvil verildiyini bildirib.

Vüsalə Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik