Danışıqların mahiyyətinin Ermənistan tərəfindən təhrif olunması, söz oyunları yolverilməzdir
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyinin müzakirə olunması üçün hər hansı bir beynəlxalq mexanizmin yaradılmasından söhbət gedə bilməz. Suverenlik Azərbaycanın qırmızı xəttidir. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Təhlükəsizlik Şurası katibinin açıqlamalarına münasibət bildirərkən onu da deyib ki, danışıqların mahiyyətinin təhrif olunması, şəxsi mülahizələrdən çıxış edilməsi, müxtəlif manipulyasiyalar, söz oyunları yolverilməzdir.