Danimarka millisinin futbolçusu Kristian Eriksen yenidən Premyer Liqada çıxış edəcək
2021-01-31 14:08
Danimarka millisinin futbolçusu Kristian Eriksen yenidən Premyer Liqada çıxış edəcək. Yarımmüdafiəçi Brentfordla mövsümün sonunadək anlaşıb. Tərəflərin razılaşmasında müqavilənin sonradan daha bir il müddətinə uzadılması ilə bağlı bənd də nəzərdə tutulub. AVRO-2020-nin Finlandiya – Danimarka oyununda ürəyi dayanan futbolçu təxminən yarım il meydanlardan kənar qalıb.
Vüsalə camal