Daniel Alveş “Barselona”dan ayrılıb
2021-06-16 18:13
Müdafiəçi Daniel Alveş “Barselona”dan ayrıldığını açıqlayıb. Bu barədə braziliyalı futbolçu sosial şəbəkədə yazıb. Futbolçu iyunun 30-da başa çatacaq müqaviləsinin sonunda azad agent kimi klubdan ayrılacaq. Müdafiəçi ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 16 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Vüsalə camal