Daha iki Ermənistan vətəndaşının məhkəməsi başlayır
2021-11-17 10:00
Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Həmin şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hər iki şəxs barəsində terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə maddəsi ilə ittiham irəli sürülüb.
Vüsalə camal