Daha iki Boksçumuz dünya çempionatında növbəti mərhələyə adlayıb
2021-10-28 10:05
Azərbaycan millisinin daha iki boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə qoşulub. Təmsilçilərimiz - 86 kq-da Alfonso Dominqes BBF bayrağı altında çıxış edən rəqibini məğlub edərək 1/8 final mərhələsinə yüksəlib. 60 kq-da yarışan Tayfur Əliyev isə Haitili idmançıya qalib gələrək 1/16 finala adlayıb.
Nərgiz camal