Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq Azərbaycana gətirilib.10 gün davam edəcək proqram çərçivəsində uşaqlar əvvəlcə Bakıdakı düşərgədə qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, həmçinin psixo-sosial təlimlər və ustad dərslərində iştirak edəcəklər.Daha sonra onlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri alacaqlar.Məqsəd Ukraynadakı müharibədən zərər çəkən uşaqların emosional vəziyyətinin stabilləşdirilməsi və onların cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir.Bu proqram çərçivəsində indiyədək Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 600 nəfəri ötüb.
03 iyun 2026

