Daha bir qadın taekvondoçumuz İranda medal qazanıb
2021-03-12 10:12
İranda davam edən Asiya regionu üzrə G-2 kateqoriyalı beynəlxalq President Cup turnirində Azərbaycanın daha bir qadın taekvondoçusu medal qazanıb. Qadınlardan ibarət milli komandanın kapitanı, 67 kq çəki dərəcəsində mübarizə aparan Fəridə Əzizova, gümüş medala sahib olub. Yarışın ilk günündə isə Patimat Abakarova (53 kq) bürünc medala yiyələnib.
Vüsalə camal