Daha bir dəstək aksiyası Düzcədə "Səninləyik, Azərbaycan!" şüarı altında təşkil edilib
2020-10-09 14:06
Türkiyənin Zonquldaq şəhərində azərbaycanlı tələbələrin təşəbbüsü ilə baş tutan aksiya zamanı Azərbaycan dövlətinin və ordusunun mülki vətəndaşların müdafiəsini və ərazi bütövlüyünü təmin etmək məqsədilə atdığı qətiyyətli addımlar alqışlanıb. Azərbaycan və Türkiyə bayraqlarına bürünən 40 avtomobilin daxil olduğu maşın karvanı şəhərin küçələrində yürüş keçirib. Daha bir dəstək aksiyası Düzcədə "Səninləyik, Azərbaycan!" şüarı altında təşkil edilib, Ermənistanın işğalçı və təcavüzkar siyasəti şiddətlə qınanıb.
Fərid Mehdiyev