Daha bir boksçumuz lisenziya turnirində erməni boksçunu məğlub edib
Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində 3-cü döyüşünü keçirib. 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/8 final çərçivəsində ermənistanlı Qurqen Madoyanı sınağa çəkib. Döyüş Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 hesabı ilə qalib gəlib. Beləliklə, Nicat Hüseynovun ardınca Sərxan da erməni rəqibini mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb. Əliyev yarımfinala gedən yolda qazaxıstanlı Aslanbek Şimbergenovla qüvvəsini sınayacaq.
Vüsalə Cənnətova