Daha 8 kənd düşmən tapdağından azad edilib
2020-11-02 17:00
Daha 8 kəndimiz işğaldan azad edilib. Bu barədə Prezident İlham Əliyev özünün tvitter hesabında yazıb. "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
Nərgiz Camal