Daha 57 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi ev verilib
2020-12-21 14:05
Bu gün 5-i Goranboyda olmaqla, daha 57 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. 2 və 3 otaqlı olan avlər tam təmirli şəkildə sahiblərinə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bu il üçün nzərdə tutulan 1500 mənzildən 1200-i artıq sahiblərinə təslim edilib. Qalan 300 ev isə yaxın günlərdə növbədə olan ailələrin istifadəsinə veriləcək.
Vüsalə Camal