Daha 53 soydaşımız ölkəyə təxliyə ediləcək
2020-09-19 16:00
Sentyabrın 21-də Gürcüstandan daha 53 Azərbaycan vətəndaşı təxliyə ediləcək. Həmin şəxslər sabah koronavirusla bağlı test verəcəklər. Test cavabı neqativ olanlar xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Sınıq körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.
Vəfa Şairova