Daha 49 koronavirus xəstəsi virusun yayılması üçün real təhlükə yaradıb
2020-12-16 12:04
Xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında müvafiq qərara əsasən, ötən müddət ərzində karantin keçid postlarından 60 avtomobil geri qaytarılıb. Ümumilikdə 175 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb. Bundan başqa, ötən gün polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 49 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb. 32 nəfər barəsində cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.
Fərid Mehdiyev