Daha 400 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə qayıdıb
2020-09-09 10:00
Azərbaycan vətəndaşından ibarət 400 nəfərlik qrup COVID-19 pandemiyası səbəbindən bağlanan Rusiya-Azərbaycan sərhədində yaradılan xüsusi dəhlizdən keçməklə Vətənə qayıdıb. Dağıstanın Dərbənd və Məhərrəmkənd rayonlarının sərhədindəki Kullar kəndi yaxınlığında evlərinə vaxtında gedə bilməyən Azərbaycan vətəndaşları üçün Rusiya Fövqəladə Hallar Nazirliyi müvəqqəti yaşayış mərkəzi təşkil edib. Düşərgədəki Azərbaycan vətəndaşları hər həftə mütəşəkkil qruplar halında evlərinə göndərilir.
Fərid Mehdiyev