Daha 4 idmançımız qrapplinq üzrə yarışlarda medal qazanıb
Azərbaycanın daha dörd idmançısı Bakıda keçirilən qrapplinq üzrə U-17, U-20 və böyüklər arasında Avropa çempionatında medal qazanıb. İqbal Əliyev qızıl, Emil Verdiyev bürünc mükafata sahib çıxıblar. Qızların mübarizəsində isə Nərmin İsgəndərli ikinci və Zeynəb Əlirzayeva üçüncü yerləri tutublar.
Vüsalə Cənnətova