Daha 363 nəfər koronavirusa yoluxub
2020-07-29 18:03
Azərbaycanda koronavirus infeksiyasına 363 yeni yoluxma faktı qeydə alınıb, 622 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib. Ümumilikdə ölkəmizdə 6 288 aktiv koronavirus xəstəsi var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 817 test aparılıb.
Nərgiz Camal