Daha 3500 namizəd müəllim adı uğrunda mübarizəyə qoşulur
2020-08-25 10:04
Bu gün Azərbaycan dili və ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçirilir. Prosesdə 3506 namizədin iştirakı nəzərdə tutulur. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı təqdim edilir.
Vüsalə Camal