Daha 332 yeni yoluxma faktı qeydə alınıb, 573 nəfər sağalıb
2020-07-24 18:00
Azərbaycanda koronavirus infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 573 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib. Ümumilikdə ölkəmizdə 7 365 nəfər aktiv koronavirus xəstəsi var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 037 test aparılıb.
Vəfa Şairova