Daha 28 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb
2020-12-17 18:14
Polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən ölkə ərazisində ictimai yerlərdə evlərini tərk edən 47 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb. Onlardan 42-i qaydalar gözlənilməklə yaşadıqları ünvanlara, 5 nəfər isə xəstəxanaya qaytarılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 28 nəfər barəsində cinayət işi başlanılıb.
Nərgiz Camal