Daha 20 tələbəyə təqaüd veriləcək
Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur.Proqram çərçivəsində sosial həssas qrupa aid olan, ali məktəblərə qəbul imtahanında minimum 600 bal toplamış birinci kurs tələbələrinə 10 ay müddətində aylıq 200 manat təqaüd veriləcək. Qeyd edək ki, indiyədək proqramdan 43 tələbə yararlanıb.
03 noyabr 2026

