Daha 20 min nəfərə birdəfəlik ödəmə verilib
2020-04-16 10:03
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan şəxslərdən daha 20 min nəfər üçün birdəfəlik vəsaiti bank filiallarına və poçt şöbələrinə köçürüb. Həmin şəxslərə işsiz kimi qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrələrinə bu barədə SMS göndəriləcək. Qeydiyyata alınan digər işsizlər də birdəfəlik ödənişlə təmin olunacaq.
Fərid Mehdiyev