Daha 15 növdə e-arayış xidməti yaradılır
2020-05-12 12:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 15 növdə e-arayış xidmətinin yaradılması üzərində iş aparır. Nazirlikdən verilən məlumata görə, bununla da e-arayış xidmətlərinin sayı 30-a çatdırılacaq. Bu ilin yanvar-aprel aylarında qurumun fəaliyyət sahələri üzrə 240 min şəxsə elektron qaydada arayış verilib.
Vəfa Şairova