Daha 1465 nəfər koronavirusa yoluxub
2020-11-06 18:04
Azərbaycanda koronavirus infeksiyasına 1465 yeni yoluxma faktı qeydə alınıb, 805 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 257 nəfərdir. Ölkədə son sutka ərzində 12 825 test aparılıb.
Vüsalə Camal