Daha 118 koronavirusa yoluxdu, 87 nəfər isə sağaldı
2020-05-21 18:04
Azərbaycanda daha 118 koronavirusa yoluxub, 87 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1956-cı il təvəllüdlü vətəndaş vəfat edib. Ümumilikdə ölkəmizdə 1365 nəfər aktiv koronavirus xəstəsi var. Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 60 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 252.496 test aparılıb.
Fərid Mehdiyev