Daşkəsəndən Kəlbəcərə elektrik xətti çəkilir
2021-04-19 18:00
Daşkəsən rayonundan Kəlbəcər rayonuna elektrik xətti çəkir. Bakının Suraxanı rayonunda yenidən qurulan “Hövsan” yarımstansiyasının açılışında “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə məruzəsində belə deyib. O, avadanlıqların daşınmasının bir az çətinlik törətməsinə baxmayaraq yarımstansiyanın tikintisinin davam etdiyini bildirib. "Biz oraya Daşkəsəndən, Murovdan təxminən 200 dirəkli xətt çəkəcəyik, onun artıq 100-ü qoyulub. Ən ağır yeri keçmişik”, - deyə Baba Rzayev sözlərinə əlavə edib.
Nərgiz Camal