Daşkəsəndə yanacaqsaxlama çəninin istismarı dayandırılıb
Fövqəladə Hallar Nazirliyinin müvafiq agentliyinin müfəttişləri tərəfindən Daşkəsən rayonunun Gurbulaq kəndində yerləşən yanacaqsaxlama çənində yoxlama aparılıb. Yoxlama zamanı insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Çənin istismarı dayandırılıb və pozuntuların aradan qaldırılması üçün akt tərtib olunub.
Fərid Mehdiyev