Daşkəsəndə silah-sursat aşkarlanıb
Daşkəsənin Əmirvar kəndində silah-sursat olması barədə polisə məlumat daxil olub. Kalaşnikov markalı avtomat, həmin avtomata aid sandıq və patron aşkarlanıb. Bundan başqa, rayonun Alaxançallı kənd sakinindən müvafiq sənədləri olmayan, 16 kalibrli ov tüfəngi götürülüb.
Nərgiz Camalzadə