Canlı
Daşkəsəndə süni göldə bir nəfər batıb

2018-08-08 / 12:10

Daşkəsəndə süni göldə bir nəfər batıb. Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daşkəsən rayonu, Əmirvar kəndində süni göldə 43 yaşlı İmamverdiyev Habil Əli oğlunun batması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. İmamverdiyevin meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Vəfa Şairova